RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.02.2024]

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitutun Həmkarlar Təşkilatının dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənc alim və mütəxəssisləri “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıb. İ.Mustafayev bildirib ki, ölkəmizdə əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulan və ölkənin bu sahədə apardığı siyasətin təməl istiqamətlərdən biri olan gənclər siyasəti bu gün də Prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilir və bütün elmi-ictimai fəaliyyət sahələrində dövlətimizin gənclərə olan etimadı böyükdür. Gənclərin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirən İ.Mustafayev bu çətin və məsuliyyətli mərhələlərdə xüsusilə vətənpərvər gəncliyin üzərinə düşən vəzifələrin əhəmiyyətini bir daha nəzərə çatdırıb və bu yolda onlara daim dəstək olacağını qeyd edib.

Daha sonra 2023-cü ildəki görə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşları – elmi fəaliyyətinə görə Həsənov Kənan və təşkilati fəaliyyətinə görə Vəlizadə İsmayıl İnstitut tərəfindən Fəxri Fərman təqdim olunub.

Daha sonra “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Hidrogeologiya və geoekologiya şöbəsinin rəhbəri, Coğrafiya elmləri doktoru Məmmədov Vaqif Ağa Əli oğlu “Azərbaycanın su ehtiyatları və iqlim dəyişmələrinin ona təsiri” mövzusunda geniş mühazirə ilə çıxış edib. Məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.