RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.02.2024]

İnstitutun əməkdaşı Gənclər üçün Prezident Mükafatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşı, İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasında dissertantura tədqiqatlarını həyata keçirən Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı 2024-cü ilə aid Gənclər üçün Prezident Mükafatına layiq görülmüşdür.

Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı 2013-cü ildə Bakı Mühəndislik Universitetinin Fizika fakültəsinin ingilis bölməsi ixtisasına qəbul olmuş və 2018-ci ildə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə magistraturaya qəbul olunmuş və 2021-ci ildə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır. O, AEBA-nın Marie Sklodovska-Küri Təqaüd Proqramının (MSCFP) tələbələri üçün Avstriyanın Vyana şəhərində təşkil edilən Nüvə təhlükəsizlik məktəbi və Nüvə Materiallarının Fiziki Mühafizə Konvensiyası və ona düzəlişə dair seminarı, daha sonra isə bir il müddətində AEBA-nın Tətbiqi Radiobiologiya və Radioterapiya şöbəsində İnformasiya texnologiyaları üzrə təcrübə proqramında iştirak etmişdir. K.Z. Baxışova Rzayeva, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Mariya Skadlovskaya-Küri Təqaüd Proqramını qazanan ilk azərbaycanlı tələbədir. O, 2023-cü ildən “Epitaksial təbəqənin və piksellərin ölçülərini dəyişməklə radiasiyaya davamlı selvari silisium detektorların işlənməsi” adlı dissertasiya işinin tədqiqatına başlamışdır. Uğurlu təhsil və tədqiqatları onu bu Mükafata gətirmişdir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.