RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[20.02.2024]

Tələbələr və Magistrantlar təcrübə keçirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək universitet tələbələri ilə görüş keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin bakalavr pilləsi üzrə təhsil alan tələbələri Radiasiya Problemləri İnstitutunda 3 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantları isə Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat laboratoriyalarında 4 həftə müddətində elmi-tədqiqat təcrübəsində olacaqlar.

Görüşdə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, İcraçı direktor dosent Rəvan Mehdiyeva tələbələri salamlayıb, həmçinin İnstitutun tarixi, elmi tədqiqat istiqamətləri, əldə olunmuş nailiyyətlər və kadr və texniki potensialı haqqında məlumat veriblər. İnstitutda olduqları müddətdə təcrübə keçənlərə hər cür şərait yaradıcılığı haqqında müzakirələr aparılıb. Sonra təcrübəyə gələn tələbələr laboratoriyalara bölüşdürülüb və elmi istiqamətlər üzrə təyinatlar alıblar.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.