RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.03.2024]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda İnstitutun elmlər doktoru hazırlığı üzrə dissertantı İsmayılova Mehparə Kamil qızının “Gamma şüaların təsiri altında bentonitin iştirakı ilə neftin genezisi və metamorfizminin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi neftin qenezisi və metamorfizmində radioaktiv şüalanmanın rolu haqqında mövcud tədqiqatlar barədə məlumat vermiş, dünyanın müxtəlif ölkələrində istehsal olunan neftlərin quruluşu və xassələri, habelə radioaktiv şüalanmanın bu xassələrə təsiri haqqında öz mülahizələrini irəli sürmüşdür. Seminar iştirakçıları məruzəçiyə çoxsaylı suallar vermiş, mövzu ətrafında geniş diskussiya aparılmışdır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.