RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.03.2024]

İnstitutun Həmkarlar Təşkilatının hesabat-seçki konfransı keçirilib

Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki konfransı keçirildi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Elmi Təşkilatların Birləşmiş Həmkarlar Komitəsinin Rəyasət Heyətininn üzvü dosent Sitarə Bağırovanın iştirakı ilə keçirilən iclasın sədri AMEA-nın müxbir üzvü İ.İ.Mustafayev çıxış edərək gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi.

İclasda əvvəlcə İnstitutun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılovanın hesabatı dinlənildi. Çıxış edənlər İnstitutun İcraçı direktoru dosent Rəvan Mehdiyeva, dosent Yadigar Cəfərov, dosent Hökmən Mahmudov, dosent Məzahir Bayramov, Lətifə Qocayeva həmkarlar təşkilatının hesabat dövründə fəaliyyətini qənaətbəxş hesab etməyi təklif etdilər.

Daha sonra RPİ-nin Həmkarlar Təşkilatının aşağıdakı tərkibdə 7 nəfərdən ibarət yeni İdarə Heyətinin tərkibi seçilmiş və səsvermə keçirilmişdir.

Sədr:    Mikayılova Əminə Cümşüd qızı
Katib:   Məmişova Rəxşanə Məyiş qızı
Üzvlər: Qəribov Ramin Qərib oğlu
             Fərəcov Mahir Feyruz oğlu
             Məmmədov Ramil Azad oğlu
             Həsənova Səbinə Əhəd qızı
             Necati Solut Hüsniyə Əsgər qızı

Sonda İnstitutun Həmkarlar Təşkilatının sədrliyinə namizədlər arasında səsvermə keçirilmişdir. Səsvermənin nəticələrinə əsasən Mikayılova Əminə Cümşüd qızı RPİ-nin Həmkarlar Təşkilatının sədri seçildi.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.