RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.03.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Sonra ölkə Prezidentinin 2023-cü ilin yekunlarına görə gənclər üçün təsis edilmiş Mükafata layiq görülmüş İnstitutun gənc əməkdaşı Kimyaxanım Baxışovanı elmi Şura adından təbrik etmiş və ona işlərində yeni uğurlar arzulamışdır. O, həm də Fəlsəfə doktoru diplomu almış A. Xalıqzadəni də elmi Şura adından təbrik etmişdir.

Tədbirdə əvvəlcə Institutun “İnnovativ ionlaşdırıcı şüa mənbələri qəbulediciləri” laboratoriyasının aparıcı elmi işçisi f.-r.e.d Zirəddin Sadıqovun və “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi dosent Musa Nuriyevin yubileyləri keçirilməsi məsələsinə baxılıb.

Elmi Şuranın iclasında daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Elm və Təhsil Nazirliyinin tədbirlər planı müzakirə edilmiş, bu mövzuda İnstitutda ayda bir dəfə keçirilən ümumşəhər seminarının mövzularına baxılmışdır. İnstitutun fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlarının dissertasiya mövzularında qismən dəyişiklik edilməsi və doktorant və dissertantların attestasiyasının keçirilməsi məsələləri müzakirə olunmuşdur. Sonda tədbir iştirahçılarına “15th Tihany Symposium on Radiation Chemistry” haqqında məlumat verilib və bir sıra cari məsələlərə baxılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.