RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.04.2024]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının və AzMİU-nun FH və KFT, habelə fizika və kimya kafedralarının birgə təşkilatçılığı ilə "Çernobıl qəzası: həqiqətlər, müəmmalar və müasir radioekoloji vəziyyət" mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Ukrayna Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Siqnal Sistemlərin Biofizikası və Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyalarının müdiri, biologiya elmləri doktoru, professor Namik Rəşidov Çernobıl qəzası, həmin ərazinin radioekoloji vəziyyəti və canlılar aləmində baş verən dəyişikliklər haqqında geniş məlumat verib.

Qeyd edək ki, sözügedən seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, həmçinin məruzəçi tərəfindən mövzu üzrə çoxsaylı suallar cavablandırılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.