RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.04.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutda təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.

Sonra Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi ezamiyyətdə olan İnstitut əməkdaşlarının ezamiyyət müddətlərinin artırılması və “İnnovativ ionlaşdırıcı şüa mənbələri qəbulediciləri” laboratoriyasının əməkdaşlarının təqdim etdiyi “Yarımkeçirici fotoelektron gücləndiricilər və onların tətbiqi” adlı monoqrafiyanın çapa təqdim edilməsi məsələlərinə baxılıb. Cari məsələlərdə əmək intizamının möhkəmləndirilməsi, AEBA ilə əməkdaşlığın inkişafı və s. məsələlər müzakirə olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.