RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.04.2024]

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP Ərazi partiya təşkilatı və institutun Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor İ. Mustafayev görkəmli alim və ictimai-siyasi xadim Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinin önəmli dövrləri ilə tədbir iştirakçılarını tanış etmiş, gözlərə nur verən akademikin ideyalarını müasir dünyanın çağırışları prizmasından analiz etmişdir.

YAP Ərazi partiya Təşkilatının sədri, institutun icraçı direktoru, dosent R. Mehdiyeva yüksək mənəviyyat simvolu olan, tibb elmləri sahəsində ən yüksək mükafat olan Averbax adına mükafatın ilk qadın mükafatçısı olan akademik Zərifə xanım Əliyevanı istedadlı alim, bacarıqlı elm təşkilatçısı, müdrik həyat yoldaşı, qayğıkeş ana, zəhmətkeş, sadə bir insan, kübar, zərif bir qadın kimi xarakterizə edən xüsusiyyətləri, eləcə də onun tələbə yoldaşları, iş yoldaşları, onu tanıyan insanların xatirələri haqda söz açdı. Atası Əziz Əliyev, həyat yoldaşı Heydər Əliyev, oğlu İlham Əliyev kimi üç dövlət xadimini özündə birləşdirən bir azərbaycanlı qadın dünyası ilə tədbir iştirakçılarını tanış etdi.

Tədbir iştirakçılarından k.e.d. Şiraz Məmmədov Zərifə xanım haqda mehriban bir həkim kimi düşüncələrini söylədi.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.