RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.04.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, İnstitutun 11 saylı “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova və İnstitutun 10 saylı "Ətraf mühitin radiasiya kimyası" laboratoriyasının kiçik elmi işçısı Selcan Hacıyeva Özbəkistanın Səmərqənd vilayətində keçirilən “THE THIRD INTERNATIONAL FORUM “PHYSICS – 2024” adlı Beynəlxalq Forumda iştirak ediblər.

30 ölkədən olan 200 iştirakçının qatıldığı Beynəlxalq Forumun Təşkilat Komitəsinin üzvü, professor İslam Mustafayev Beynəlxalq Forumda “Prospects of Using Nuclear Energy in Low-Carbon Petrochemical Processes” mövzusunda geniş təqdimatlarla çıxış edib, iştirakçılara Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. İ.Mustafayev həm də Beynəlxalq Forumun elmi sesiyalarının birinə moderatorluq etmişdir.

Beynəlxalq Forumda daha sonra İnstitutun 11 saylı “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova “Kinetics of Radiation-Heterogeneous Processes of Water in the Presence of n-ZrO2 and n-TiO2 Nanoparticles” və İnstitutun 10 saylı "Ətraf mühitin radiasiya kimyası" laboratoriyasının kiçik elmi işçisi Selcan Hacıyeva “Effect of Gamma Radiation on Surface Morphology of GaSe Layered Monocrystal” mövzularında məruzələr ediblər.

Qeyd edək ki, Beynəlxalq Forum çərçivəsində digər ölkələrdən olan alimlərlə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib, həmçinin mövcud tədqiqatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.