RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.04.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının dissertantları Aysel Nəbiyeva və Aygün Qasımova 26 aprel 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”adlı Beynəlxalq konfransında iştirak ediblər.

Bir çox alim və mütəxəssislərin iştirak etdiyi Beynəlxalq konfransda Qasımova A.İ. “Qamma şüalanma ilə modifikasiya olunmuş PVS/CuS nanokompozitlərinin elektrik xassələri” adlı məruzə ilə və Nəbiyeva A.N. “Effect of γ-radiation on dielectric properties of nanocomposites” adlı məruzə ilə çıxış ediblər.

Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.