RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.04.2024]

Kimya elmləri doktoru Xaqani Fərzulla oğlu Məmmədovun Çində Konfransda iştirak etmişdir

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə elmlər doktoru Xaqani Fərzulla oğlu Məmmədov 19-21 aprel 2024-cü il tarixlərdə Çin Xalq Respublikasının Siamen şəhərində keçirilən “Fiziki Kimya” CPC-2024 9-cu Beynəlxalq Konfransında məruzə ilə çıxış etmişdir.

Konfransda Çin Elmlər Akademiyasının və Universitetlərinin nümayəndələri ilə yanaşı Birləşmiş Britaniya Krallığının, Rusiya Federasiyasının, Yaponiyanın, Bruney krallığının, Malayziyanın, İİR-nin, Pakıstanın, Hindistanın, İtaliyanın, Serbiyanın, Almaniyanın aparıcı elmi tədqiqat qurumlarının və təhsil mərkəzlərinin aparıcı alimlərinin iştirak etmişdir. O, konfransın təşkilat komitəsinin üzvü olmaqdan başqa həm də ”Radionuklidlərin məhlullardan adsorbentlərə sorbsiyası qanunauyğunluqlarının tədqiqi” mövzusunda Plenar məruzə etmişdir.

Konfransdan dərhal sonra məruzəçilərə sertifikatlar verilmişdir. Əsas məruzəçilərin çıxışlarının tam mətni ÇXR-nın 0.72-1.46 İmpakt Faktorlu Google bazalı jurnallarda dərc ediləcəkdir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.