RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.05.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı elmi tədbirdə məruzə ilə çıxış edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova Azərbaycan Kooperasiya Universitetində elmi tədbirdə məruzə ilə çıxış edib.

Universitetin Marketinq və Menecment fakültəsinin dekanı i.ü.f.d. Eldəniz Məhərrəmovun təşkilatçılığı ilə Muzey, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan tələbələr üçün “Arxeoloji qazıntıdan laboratoriyaya: tarixi abidələrin mütləq yaş təyini” mövzusunda mühazirə təşkil olunub.

Tədbir zamanı İnstitutun kiçik elmi işçisi Aybəniz Əhədova maddi-mədəniyyət nümunələrinin yaş təyini metodlarından, bu gün Azərbaycanda bu sahədə aparılan tədqiqatlardan bəhs etmiş və mövzu üzrə foto və videoslaydlardan ibarət təqdimatla çıxış edib. Təqdimat zamanı əyani vəsaitlər (heyvan və insan dişləri, kəllə sümüyü, keramika, sümük və tekstil qalıqları, saxsı nümunələri, təbii kvars və feldspar nümunələri) tələbələrə göstərilib. Həmçinin yaşları yeni təyin olunmuş bəzi nümunələr haqda ətraflı məlumat verib.

Maraqla qarşılanan təqdimatın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılaraq mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.