RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.05.2024]

Ulu Öndər Heydər Əliyevin ətraf mühitin sağlamlaşdırılması siyasəti və Azərbaycan Respublikasını COP-29-a aparan yol

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP ƏPT təşkilatçılığı ilə birgə müasir dövlətçiliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Himninin ifası ilə başlayıb və Ulu Öndərin, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı olaraq tədbir həm də Azərbaycanın ekoloji siyasətinin formalaşmasında cənab Heydər Əliyevin roluna həsr olunub. Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş Direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin, mədəniyyətin inkişafı, eləcə də ətraf mühit sahəsindəki əvəzolunmaz xidmətlərindən bəhs edib.

İslam Mustafayev qeyd edib ki, Azərbaycanın XX əsr tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır və Heydər Əliyev yeni Azərbaycanın qurucusudur.

Tədbir zamani “Sabahın Alimləri” 11-ci Respublika Müsabiqəsində gümüş medal qazanan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar rayon Bağça, Məktəb, Lisey kompleksinin şagirdlərini müsabiqəyə hazırlayan institut əməkdaşları Namiq Heydərov (İnnovativ Tədqiqatlar qrupunun rəhbəri) və professor Rəhim Mədətov və institutun baş direktoru professor İ.Mustafayev təltif ediliblər.

İslam Mustafayev həmçinin tədbir iştirakçılarına kimi tanınan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasinın fəaliyyətindən danışmış və Azərbaycanın COP-29 kimi mühüm konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirən geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra tədbirdə çıxış edən RPİ-nin icraçı direktoru, ƏPT-nın sədri, dosent Rəvan Mehdiyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin I və II dövründə ətraf mühitin sağlamlaşdırılması uğrunda cənab H.Əliyevin çox şaxəli fəaliyyətindən danışmış, onun rəhbərlik illərinin Azərbaycanın quruculuq salnaməsinə ən parlaq illər kimi daxil olmasından, ətraf mühitlə bağlı verdiyi Sərəncam, fərmanlar, qəbul edilən qəbul etdiyi Qanunlarla tədbir iştirakçılarını tanış etmiş, habelə Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın beynəlxalq aləmə inteqrasiya edən, dinamik iqtisadi inkişafı və etibarlı siyasi sabitliyini təmin etmiş bir dövlətə çevrildiyini vurğulamışdır. Cənab H.Əliyevin ölkə və dövləti qarşısındakı xidmətlərinin qiyməti xalqı tərəfindən verilmişdir. Xalq artisti Faiq Ağayevin ifasında DAHİ mahnısı səsləndi, Ulu Öndərə həsr olunmuş video rolik izlənildi.

Sonda Ulu Öndər Heydər Əliyev fəaliyyətinin ən böyük nəticəsi, quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl şah əsəri, milli dövlət, müstəqil Azərbaycan Respublikasına həsr olunmuş “Azərbaycan” mahnısı səsləndi.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.