RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.05.2024]

Radiasiya Problemləri Institutunun baş direktoru I.Mustafayev konfransda iştirak edib

Azərbaycan Texnologiya Universitetində 6-7 may tarixlərində "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Azkarbonlu radiasiya texnologiyalarinin iqlim dəyişmələrinə qarşı mübarizədə tətbiqi” mövzusunda plenar məruzə etmişdir. Məruzədə qlobal iqlim dəyişmələrinə səbəb olan karbon-dioksid qazının emissiyalarının azaldılması üçün alternativ enerji mənbələrinin istifadə olunması üsullarından bəhs olunub. Burada üzvi yanacaqların yanmasından alınan enerjinin Günəş və nüvə enerjisi kimi azkarbonlu enerji mənbələri ilə əvəz olunması məsələsinə baxılıb. Neft-kimya prosesləri, olefinlərin alınması, kömürün qazlaşdırılması və digər enerjisitutumlu proseslərin radiasiya-termiki üsullarla aparılmasının texniki-iqtisadi göstəriciləri hesablanıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.