RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.05.2024]

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbiri keçirilib

Göygöl rayon İcra hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Gənclər evində Ulu Öndər H.Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Qocayev qeyd etdi ki, Prezident Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının Azərbaycanda keçirilməsi əlamətdar hadisələrdir. O, rayonda Ətraf mühitin qorunması sahəsində görülən işlərdən bəhs etdi. 150-dən çox rayon ictimaiyyətinin nümayəndələri Radiasiya Problemləri İnstitutunun baş direktoru və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü İ.Mustafayevin ölkəmizdə ekoloji vəziyyət və “COP29-a aparan yol” haqqında ətraflı məruzəsini, dosent F.Hümbətovun “İşğaldan azad olunmuş ərazilərdə Radioekoloji vəziyyət”, b.ü.f.d. Quliyeva Nərmin “Göygöl ekosistemi və Göygöl Milli Parkı”, mühəndis N.Heydərovun “Mobil ekoloji monitorinq aparatları” çıxışlarını maraqla dinləmişlər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.