RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.05.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Elmi Şuranın iclasında daha sonra İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İİ Mustafayevin Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetində “PHYSICS – 2024” beynəlxalq forumunda və k.e.d. Xaqani Məmmədovun Çin Xalq Respublikasının Siamen şəhərində keçirilən “Fiziki Kimya” CPC-2024 9-cu beynəlxalq konfransda iştirakları ilə bağlı hesabatları dinlənilib. Sonda tədbir iştirahçılarına “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş elmi sessiya, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “8th International Symposium on Materials for Energy Storage and Conversion” və “Yerin müşahidəsi üzrə müsabiqə” haqqında məlumat verilib və bir sıra cari məsələlərə baxılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.