RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.04.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının elmi seminarı keçirildi

        10 Aprel 2014-cü il tarixdə AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının gənc alim və mütəxəssislərin dünyagörüşünün artırlması və maarifləndirilməsi məqsədi ilə ölkənin tanınmış elm adamları ilə görüşünün təşkili istiqamətində növbəti elmi seminar keçirildi. Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun və AMEA-nın Fizika İnstitunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, Sadıqov Zirəddin Yaqub oğlu ilə gənc alim və mütəxəssislərin görüşü keçirildi. AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun qeyd etdi ki, AMEA-nin elmi müəsissələrində çalışan gənc tədqiqatçıların elmə olan marağını inkişaf etdirmək, gələcəyin perspektivli alim və mütəxəssislərini müəyyənləşdirmək, gənc alim və mütəxəssislərin dünyagörüşünün artırlması və maarifləndirilməsi məqsədi ilə bu cür seminarların keçirilməsi daha əhəmiyyətlidir.
        Sonra çıxış edən Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun və AMEA-nın Fizika İnstitunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, Zirəddin Sadıqov gördüyü işlər barədə gənclərən məlumat verdi. Zirəddin Sadıqov ilk dəfə olaraq yeni nəsil mikro-pikselli selvari fotodiodların konstruksiyasını, mikro-pikselli selvari fotodiodların digər yeni iki konstruksiyasını yaratmışdır. Hal hazırda Zirəddin Sadıqov mikro-pikseli selvari fotodioların parametrlərinin optimalşdırılması və onların müxtəlif fiziki təcrübələrdə tətbiqi ilə məşğuldur.
        Çıxışdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı.