RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.06.2014]

Azərbaycan alimi Rusiya Federasiyasında keçiriləcək Rusiya fotobioloji cəmiyyətinin VII qurultayının təşkilat komitəsinin üzvü seçilib

         AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, BDU-nun professoru Rövşən Xəlilov Rusiya Federasiyasında keçiriləcək Rusiya fotobioloji cəmiyyətinin VII qurultayının təşkilat komitəsinin üzvü seçilib. Qurultay 14-20 sentyabr 2014 tarixində Krasnodar vilayətinin Şepsi qəsəbəsində keçiriləcək. Konfrans Rusiya Fundamental Tədqiqatlar Fondunun dəstəyi ilə keçiriləcək. Konfransda Rusiyanın qabaqcıl elmi mərkəzləri və Universitetləri – M.V.Lomonosov adına Moskva dövlət universiteti, Ruiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu və A.N.Bax adına Biokimya İnstitutu, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti, Nijqorod Dövlət Tibb Akademiyası və o cumlədən fotobiologiya, biofizika, biokimya sahəsində çalışan dünyanın tanınmış alimləri iştirak edəcəklər.