RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.08.2014]

Gənc alimlər xarici ölkələrdə təlimlərdə iştirak etmişlər

    AMEA-nın Radiasiya Problemləri İnstitutu Enerjiqənaətedici Radiasiya prosesləri Laboratoriyasının gənc əməkdaşları- kimya üzrə fəlsəfə doktoru Rauf Rzayev və baş laborant Şahin Hacıyev xarici ölkələrdə təlim kurslarında iştirak etmişlər.
      R.Rzayev İsveçrənin Stan şəhərində “Kimyəvi silahlardan müdafiə”mövzuda keçirilən bir həftəlik təlimlərdə iştirak etmişdir. Təlimlıərdə kimyəvi və radiaktiv silahlardan mudafiə üzrə yeni texnika ilə tanışlıq və onlardan qorunmaq üzrə təlimlər olmuşdur.
      Hacıyev isə Finlandiyanın Helsinki şəhərində yeni analitik cihaz və avadanlıqlarla tanışlıq və onların iş prinsiplərinin mənimsənilməsi üzrə 2 həftəlik təlimdə yüksək həssaslıq qabiliyyətinə malik yeni nəsil xromatoqraflar və mass-spektrometrlərin işini mənimsəmiş onların tətbiqinə aid mühazirələri dinləmişdir.
      Hər iki təlim Avropa Birliyinin “Kimyəvi Silahlardan Müdafiə” Layihəsi üzrə həyata keçirilmişdir.