RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.03.2016]

31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq AMEA Radiasiya Problemləri İnstitutunda anım tədbiri keçirilib

      31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq AMEA-nın Radiasiya Problemləri İnstitutunda anım tədbiri keçirilib. Tədbiri institutun direktoru Oktay Səmədov açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra o ermənilərin tarixən azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən, repressiyadan, departasiyalardan və ərazilərimizi zəbt etməsindən danışdı. Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, Quba Soyqırım məzarlığında aparılan tədqiqatlarla bağlı məlumat verdi. Bu faciə ilə bağlı öz xatirələrini danışdı, həmin hadisələrin dəhşətlərini və özünün yaşadığı həyəcanları tədbir iştirakçıları ilə bölüşdü.
      İnstitutun aparıcı elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Yadigar Cəfərov hələ bu günə kimi heç bir mətbuatda açıqlanmayan soyqırımla bağlı faktları institut əməkdaşlarının nəzərinə çatdırdı.
      Daha sonra isə kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gəncləri tariximizi yaxşı bilməyə, daima ayıq-sayıq olmağa və dünyanın hər bir yerində Azərbaycanı savadlı və tarixi faktlara əsaslanaraq təmsil etməyə səslədi.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.