RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.09.2016]

AMEA Radiasiya Problemləri Institutunda mülki müdafiə tədbirləri hazırlanıb keçirilmişdir

      Beynəlxalq Mülki Müdafiə Təşkilatının Nizamnaməsinə müvafiq olaraq 29 sentyabr 2016-cı il tarixində AMEA Radiasiya Problemləri institutunda “Fövqəlada hallar zamanı nəticələrin aradan qaldırılması” mövzusunda Mülki-müdafiə üzrə rəhbər heyətin MM məşqinin və müxtəlif xarakterli mülki müdafiə tədbirləri hazırlanıb keçirilmişdir.
      Tədbirin hazırlanmasında və keçirilməsində institutun işçiləri yaxından iştirak etmişdir. Mülki müdafiə əmlakının, radiometrik və dozimetrik cihazların sərgisi təşkil olunmuşdur, mülki müdafiə qüvvələrinə baxış keçirilmişdir.
      Planda nəzərdə tutulan tədbirlər geniş səviyyədə tam həyata keçirilmişdir.
     Təbirin yekunu olaraq məsul şəxslərlə iclas keçirilmiş, tədbir zamanı qarşıya qoyulan məqsədə nail olunduğu bildirilmiş, çatışmamazlıqlar göstərilmiş, növbəti ildə tədbirin daha maraqlı və praktik keçirilməsi üçün MM rəhbərliyi öz tövsiyyələrini vermişdir.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.