RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.10.2016]

AMEA Radiasiya Problemləri İnstitutunun dissertantı Sadiq Həsənov ABŞ-da “Atmosfer kimyası” üzrə Konfransda iştirak etmişdir

      24 sentyabr - 02 oktyabr 2016-cı il tarixlərində AMEA Radiasiya problemləri institutunun dissertantı Sadiq Həsənov ABŞ-nın Colaroda Dövlət Universitetinin və İGAC (İnternational Global Atmospheric Cemistry) təşkilatının təşkil etdiyi və Colorado ştatının Brekenridge şəhərində keçirilən “Atmosfer kimyası və dayanıqlı dünya” adlı elmi konfransda iştirak etmişdir. Konfransda ABŞ-dan, Cənubi Amerika, Avropa ölkələrindən, Yaponiyadan, Afrika ölkələrindən, Çindən, Hindistandan və s dövlətlərdən dəvət edilmiş 500-dən çox nümayəndə iştirak etmişdir.
      Konfransı Colaroda Dövlət Universitetinin və İGAC təşkilat komitəsinin nümayəndələri açaraq qonaqları salamlamış və Konfransda ilk çıxış üçün sözü Çilinin Ətraf mühit naziri Marsela Menaya vermişdir. M.Mena dünyanı və Çili dövlətini narahat edən atmosfer havasının çirklənməsi, bu çirklənmənin insan səhhətinə və ətraf mühitə vurduğu zərərlər barədə geniş təqdimatla çıxış etmişdir. Sonra Berlin şəhərinin çirklənməsinin modelləşməsi barədə Yüksək Dayanıqlı Təhsil İnstitutundan Erika von Schneidemesser, ABŞ-nın Yer və Atmosfer elmləri Departementindən Benjamin de Foy, Avstraliyadan Clare Murphy, və s alimlər çıxış etmişlər. Konfransda həmçinin müzakirələr və sosial tədbirlər təşkil edilmişdir.
      Konfransın ikinci günündə AMEA- Radiasiya Problemləri institunun doktorantı Sadiq Həsənov Azərbaycanda hava çirklənməsinə nəqliyyatın təsirinin azaldılması barədə təqdimatla çıxış etmişdir. Elmi tədqiqat işi ölkəmizin avtomobil nəqliyyatı vasitələrində zəhərli qazların azaldılması üçün yeni nano-ölçülü katalizatorun tətbiqinə həsr olunmuşdur. Məruzədə irəli sürülən yenilik iştirakçılar tərəfindən maraqla qarşılanmış və geniş müzakirələr aparılmışdır. S.Həsənov iştirakçıların suallarına cavab verərək aparılan tədqiqatın əsas tezislərini onlara izah etmişdir.
      Konfrans 5 gün müddətində davam etmiş, Atmosfer havasının problemləri və atmosfer kimyasının son nailiyyətləri geniş diskussiya mövzusuna çevrilmişdir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.