RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.12.2016]

Azərbaycanlı alim “Avropa Nəşr Mətbuat Evi”nin Qızıl medalı və Diplomu ilə təltif olunub

      Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Yarımkeçiricilərin radiasiya fizikası" laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov “Avropa Nəşr Mətbuat Evi”nin Mükafat Komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı və Diplomu ilə təltif olunub.
      Alim bu mükafata ölkəmizdə istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yarımkeçirici materiallarda, onlar arasında hazırlanmış strukturlarda fotovoltaik, radiasiya effektlərinin tədqiqi sahəsində apardığı uğurlu elmi araşdırmalarına, elmi-publisistik kitablarına, həmçinin gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında və ölkədə fizika-riyaziyyat elmlərinin inkişafı tarixində göstərdiyi xidmətlərə görə layiq görülüb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.