RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.12.2016]

Azərbaycanlı gənc alimlər Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyətdə olublar

      Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc alimləri Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyətdə olublar. Dekabrın 12-dən 18-ə kimi davam edən ezamiyyətdə İnstitutun “Radiasiya cihazqayırma” şöbəsinin böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və həmin şöbənin elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov iştirak edib.
      Sözügedən ezamiyyətin məqsədi alfa zərrəciklər üçün LYSO ssintilyatoru və mikro-pikselli selvari foto-diod (MPSF) əsasında yerə həssas detektorun yoxlanılması və MPSF diodlardan ibarət 4*4 ölçülü matrislərin hazırlanması olmuşdur.
       Ezamiyyət zamanı ölçüləri 24*24*2 mm3 olan LYSO ssintilyatorundan və 4 MPSF-K0 tipli dioddan ibarət olan detektorun alfa zərrəciklərə görə yerə həssaslığı tədqiq olunmuşdur.
      Bundan əlavə ezamiyyət ərzində MPSF diodlardan ibarət 4*4 ölçülü matrisalar yığılmış, eləcə də matrisaların eboksid təbəqə ilə örtülməsi üçün metod işlənib hazırlanmışdır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.