RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.01.2017]

Azərbaycanlı alim beynəlxalq simpoziumda iştirak edib

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Famil Hümbətov 16-20 Yanvar tarixində Macarıstanda keçirilən “Səth çirklənmələrinin daşınan cihazlarla təyini üzrə regional Simpozium”da (Workshop) iştirak edib. Simpozium Macarıstanın paytaxtı Budapeşt şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) “Əraf mühitdə radionuklidlərin ölçülməsi qabliyətlərinin möhkəmləndirilməsi və ətraf mühit monitorinqi üçün keyfiyyətə təminat/keyfiyyətə nəzarət sistemlərinin artırılması” layihəsi çərçivəsində təşkil olunub.
      F.Hümbətov tədbirdə “Səth çirklənmələrinin monitorinqi” mövzusunda məruzə ilə çıxış edib. Simpoziumda, eləcə də səth çirklənmələrinin tədqiqi üzrə AEBA tərəfindən təşkil olunmuş beynəlxalq laboratoriyalararası test proqramının nəticələri də müzakirə olunub və Famil Hümbətovun əldə etdiyi nəticələr yüksək qiymətləndirilib. Həmçinin, sözügedən tədbirdə peşəkarlığın artırılması və qiymətləndirilməsi məqsədi ilə 6 müxtəlif tapşırıq da yerinə yetirilib və Famil Hümbətov fəal iştirakına görə sertifikatla təltif olunub.
    Simpozium çərçivəsində Macarıstanın Peşk şəhərindəki Atom Elektrik Stansiyasının “Təhlükəsiz fəaliyyətinin təşkili və ətraf mühitin qorunması Proqramı” ilə tanışlıq həyata keçirilib. Tədbirdə RPİ-nin “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyası AEBA-nın təşkil etdiyi beynəlxalq laboratoriyalararası növbəti test proqramına cəlb olunub və artıq laboratoriyaya daxil olmuş nümunələr üzərində bu testlərin icrasına başlanılıb.
      Qeyd edək ki, sözügedən testlərin nəticəsi 8-11 Fevral tarixində Vyanada AEBA-nın baş ofisində müzakirə olunacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.