RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.02.2017]

Azərbaycanlı alim regional simpoziumda iştirak edib

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyasının rəhbəri fizika-riyaziyyat elmləri namizədi, dosent Famil Hümbətov Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Təmiz su nümunələrində aşağı aktivlikli Sezium izatoplarının təyini” üzrə regional simpozium”da (Workshop) iştirak edib.
      Simpozium 8-10 fevral tarixində, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ofisində “Əraf mühitdə radionuklidlərin ölçülməsi qabliyətlərinin möhkəmləndirilməsi və ətraf mühit monitorinqi üçün keyfiyyətə təminat/keyfiyyətə nəzarət sistemlərinin artırılması” layihəsi çərçivəsində təşkil olunub. F.Hümbətov tədbirdə “Aşağı aktivlikli Sezium izatoplarının (Cs134 və Cs137) su nümunələrində təyini” mövzusunda məruzə ilə çıxış edib və laboratoriyada tətbiq olunan qatılaşdırma metodunu təqdim edib.
      Qeyd edək ki, simpoziumda aşağı aktivlikli Sezium izatoplarının (Cs134 və Cs137) su nümunələrində təyini üzrə AEBA tərəfindən təşkil olunmuş beynəlxalq laboratoriyalararası test proqramının nəticələri də müzakirə olunub. Həmçinin, F.Hümbətovun laboratoriyada tətbiq olunmuş metodla hazırlanmış nümunələrin Qamma spektrometrlə ölçmə nəticələri yüksək qiymətləndirilib və AEBA-nın beynəlxalq laboratoriyalararası test nəticələri üçün tərtib etdiyi cədvəldə dəqiq ölçmə nəticələri kimi qeyd olunub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.