RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.02.2017]

“Web of Science” platformasından istifadə qaydalarına dair seminar keçirilib

Web of Science      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Radiasiya Problemləri İnstitutunda (RPİ) “Web of Science” platformasından istifadə qaydalarına dair seminar keçirilib.
      Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Aygün Babazadə çıxış edərək dünyada ən nüfuzlu elmi-analitik informasiya platforması olan “Web of Science” sistemindən istifadə qaydaları, həmçinin sözügedən şəbəkəyə məqalələrin təqdim olunması qaydaları, xarici nəşrlərdən istifadə və digər imkanlar barədə məlumat verib. A.Babazadə bildirib ki, platformada hazırda 18 min elmi jurnal yer alır və onlardan 13 mini impakt faktor qazanıb və həmin jurnalları oxuya bilmək üçün təsdiq olunmuş IP (Internet Protocol) ilə webofknowledge.com ünvanında qeydiyyatdan keçmək tələb olunur.
      A.Babazadə onu da qeyd edib ki, sözügedən sistemə məqalə yerləşdirmək üçün materiallara müxtəlif ölkələrin elmi-tədqiqat müəssisələrində çalışan alimlər tərəfindən rəylər verilməsi vacibdir. Həmçinin məqalələrə istinad prosesinin şəffaf olması da əsas şərtlərdəndir.
      Tədbirdə “Web of Science” platformasında məqalələrin axtarılması qaydaları da əyani şəkildə nümayiş etdirilib.
      Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.