RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.03.2017]

AMEA-nın Radiasiya Problemləri İnstitutunda gənclərin elmi-ictimai fəaliyyəti müzakirə edilib

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
      İclasda giriş sözü ilə çıxış edən Şura sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov 2016-cı ildə həyata keçirilmiş mühüm işlər haqqında məlumat verib, həmçinin hesabat ilinin elmi-təşkilati fəaliyyət baxımından uğurlu olduğunu qeyd edib.
      Daha sonra cari ildə görüləcək işlər haqqında İdarə Heyəti üzvlərinin təklifləri geniş müzakirə edilib və Şuranın 2017-ci il üçün əsas faliyyət istiqamətləri müəyyənləşdirilib.
      2017-ci il üçün tədbirlər planında gənclərin beynəlxalq elmi fəaliyyətinin inkişafı ilə bağlı onlara göstərilən metodiki və informasiya dəstəyinin artırılması, onların müasir cihaz və avadanlıqlarla davranma vərdişlərinin inkişaf etdirilməsi məqsədilə müvafiq təlimlərdə iştirakları üçün zəruri şəraitin yaradılması, eləcə də müxtəlif yerli və xarici fondların elan etdiyi elmi-ictimai qrant müsabiqələrində gənc tədqiqatçıların aktivliyinin təmin edilməsi nəzərdə tutulub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.