RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.04.2017]

AMEA Radiasiya Problemləri İnstitutunda BDU-nun gənc fizikləri üçün seminar təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Radiasiya Problemləri İnstitutunda (RPİ) “Radioaktivlik, ionlaşdırıcı şüalar, onun növləri, əsas xüsusiyyətləri, ölçü vahidləri” adlı elmi seminar keçirilib. Seminar BDU nun Tələbə Elmi Cəmiyyətləri arasında əldə olunmuş razılığa əsasən təşkil olunub. Budəfəki seminarda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 30-a yaxın tələbəsi iştirak edib.

Seminarı giriş sözü ilə açan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov seminarın əhəmiyyətindən, AMEA- da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri olan elm və təhsilin inteqrasiyasından, həmçinin mövcud perspektivlərdən danışıb.

Daha sonra Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Radioaktivlik, ionlaşdırıcı şüalar, onun növləri, əsas xüsusiyyətləri, ölçü vahidləri” adlı təqdimatla çıxış edib. Çıxışının əvvəlində RPİ-nin yaranması və inkişafı tarixindən, mövcud laboratoriyaların fəaliyyət istiqamətləri və aparılan tədqiqatlardan danışıb, radiasiya, radiasiya təhlükəsizliyi, enerji resursları, nüvə energetikası, nüvə çirklənmələri və digər istiqamətlər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.