RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.05.2017]

AMEA Radiasiya Problemləri İnstitutunda “Mülki müdafiə – rəhbər heyətin məşqi” adlı təlim keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda “Mülki Müdafiə - rəhbər heyətin məşqi” adlı təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, İnstitutun Mülki Müdafiə üzrə Komissiya rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva hər hansı bir fövqəladə hal zamanı rəhbər heyətin davranış və fəaliyyət, qarşılıqlı yardım göstərməyin yolları haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi Taleh Məmmədov mövzu ətrafında məruzə edib, təlim iştirakçılarına geniş məlumat verib.

Sonda mövzu üzrə video çarx nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.