İçindəki
Xəbərlər
AMEA Radiasiya Problemləri Institutu beynəlxalq əməkdaşliği genişləndirir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Gürcüstanın Respublikasının tanınmış elm müəssisəsi olan Tiflis Dövlət Universitetinin İovel Kutateladze adına Farmokokimya İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfdən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü O.Səmədov Gürcüstan tərəfindən isə Farmokokimya İnstitutunun direktoru, professor N.Qorqaslidze imzalayıblar.
Sözügedən müqavilənin əsas məqsədi institutlar arasında radiasiya, nüvə, radiokimya, radiobiologiya, radioekologiya, radiasiya materialşünaslığı, radiasiya və nüvə təhlükəsizliyi və digər elmi-texniki sahələrdə birgə əməkdaşlığın yaradılmasıdır.
Müqaviləyə əsaslanaraq institutlar müxtəlif fondlara və beynəlxalq təşkilatlara birgə layihələr təqdim edəcək və qrant müsabiqələrində iştirak edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.