RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.07.2017]

Azərbaycanlı alim Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib. 27-29 iyun tarixində AEBA-nın Avstriyanın Vyana şəhərində yerləşən baş qərarqahında keçirilmiş beynəlxalq görüş “Radioaktiv mənbələrin təhlükəsiz və mühafizəli şəkildə idarə edilməsi üçün mövcud olan tövsiyyələrin üzv ölkələrdə yerinə yetirilməsi və müvafiq təcrübələrin bölüşməsi”nə həsr edilmişdir. Görüşdə 101 ölkəni təmsil edən 180 nümayəndə iştirak etmişdir.

Sözügedən görüş zamanı AEBA ekspertləri və nüvə elmləri sahəsində aparıcı ölkələrin, o cümlədən, ABŞ, Fransa, İngiltərə, Kanada, Avstraliya mütəxəssisləri radioaktiv mənbələrdən istifadə zamanı onların təhlükəsizliyinə və mühafizəsinə dair aparılan işlər barədə iştirakçılara məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışlar.

Görüş zamanı iştirakçılar AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə etmiş və sonda tövsiyyələr görüşün katibliyinə təqdim edilmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.