RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.07.2017]

Kimya elmləri doktoru Teymur Ağayevə professor elmi adı verilib

Teymur AğayevAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Teymur Ağayevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Nüvə kimyası” ixtisası üzrə professor elmi adı verilmişdir.

Teymur Nemətulla oğlu Ağayev suyun, karbohidrogenlərin radiasion və nano-radiasion katalitik çevrilməsi prosesləri və universal enerji daşıyıcılarının alınması, eləcə də radiasiya materialşünaslığı istiqamətində elmi araşdırmalar aparan alımlərdən biridir. Onun apardığı elmi tədqiqat işləri metal və Me-MeO sistemlərinin su və karbohidrogenlərlə təmasında gedən radiasiya-heterogen proseslərinin qanunauyğunluqlarının aşkar edilməsi, bu proseslərin hidrogenin əmələ gəlməsindəki rolu və metallik materialların oksidləşməsi, eləcə də xüsusi sərt radiasiyanın təsiri şəraitində temperatur və qamma-şüalanmanın birgə təsiri zamanı materialların radiasiyaya davamlılığının artırılması yollarının tədqiqinə həsr edilmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.