RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.09.2017]

AMEA-nın müxbir üzvü Oqtay Səmədov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib

18-22 sentyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 61-ci Baş konfransı keçirilib.

Tədbirdə ölkəmizi Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru İbrahim Qabulov təmsil ediblər.

Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Faiq Tağızadə çıxış edərək AEBA ilə ölkəmiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə mənbəyi olduğunu bildirib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə AEBA-nın Texniki Əməkdaşlıq, Nüvə və Radiasiya Təhlükəsizliyi, Təminatlar Departamentləri arasında ikitərəfli görüşlər keçirilib.