RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.10.2017]

Institutun əməkdaşi beynəlxalq təlim-seminarda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun İNİS şöbəsinin tərcüməçisi Şəbnəm Zöhrabova Beynəlxalq təlim-seminarda iştirak edib. Sözügedən təlim-seminar 9-13 Oktyabr tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən Avstriyanın Vyana şəhərində yerləşən baş qərargahında keçirilib.

Seminar Beynəlxalq Nüvə İnformasiya Sisteminin (İNİS) əməliyyat və istifadəsində birbaşa iştirak edən İNİS Mərkəzlərindən olan məlumat mütəxəssisləri üçün nəzərdə tutulub. Təlim-seminarın proqramı İNİS-in giriş hazırlığının bütün aspektlərinə, qeyri-ənənəvi ədəbiyyatın təqdim edilməsinə, İNİS məhsullarının və xidmətlərinin istifadəsinə həsr edilib.

Görüşdə 22 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib.

Görüş zamanı AEBA ekspertləri və nüvə elmləri sahəsində aparıcı ölkələrin mütəxəssisləri İNİS-ə dair aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.