RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.10.2017]

18 oktyabr – Azərbaycanin Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov tədbir iştirakçılarını salamlayıb və bu tarixi günün əhəmiyyətindən danışıb. Bildirib ki, 26 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib və azad, suveren bir dövlət olaraq Azərbaycan Respublikası dünya birliyinin üzvünə çevrilib.

O.Səmədov onu da qeyd edib ki, Azərbaycanın suveren bir ölkə kimi mövcud olması tarixi zərurət idisə dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva Azərbaycanın Dövlət Müstəqilliyi Günü və bu günün xalqımızın çoxəsrlik dövlətçilik tarixindəki önəmindən danışıb.

Daha sonra məruzə ilə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Azərbaycanın müstəqilik tarixindən danışıb. Bildirib ki, dövlət müstəqilliyi yolunda xalqın mübarizəsi 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan edib.

Alim həmin dövrlərdə Azərbaycanın məhz, bir çox ziyalıların xalqı baş tutmuş ağır vəziyyətdən çıxartmaq üçün önə çıxdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.