RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.10.2017]

Radiasiya Problemləri Institutunda çexiyalı alimlərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutunun direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil ilə görüş keçirilib.

Görüşdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov rəhbərlik etdiyi qurumun tarixi, laboratoriyalar, elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara ümumi məlumat verib.

Sonra çıxış edən “Seqnetoelektriklərin Radiasiya Fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı, “Enerjiqənaətedici Radiasiya Prosesləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, “Radiobiologiya” laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Elimxan Cəfərov, “Radioprotektorlar” laboratoriyasının rəhbəri, kimya elmləri namizədi Asim Abdullayev, “Ətraf Mühitin Radiasiya Kimyası” laboratoriyasının aparıcı-elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədov İnstitutun laboratoriyalarının fəaliyyət istiqamətləri, aparılan elmi araşdırmalar və əldə olunan nəticələr haqqında, “Radiasiya cihazqayırma” şöbəsinin böyük-elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov beynəlxalq təcrübə proqramlarında iştirak və innovativ yeniliklər, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru İbrahim Qabulov isə İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələri və həyata keçirilən birgə layihələr haqqında qonaqlara məlumat veriblər.

Daha sonra çıxış edən Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutunun direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil səmimi qonaqpərvərliyə görə təşəkkür edib, İnstitutun fəaliyyəti və əldə olunmuş nəticələr haqqında xoş təəssüratlarını bölüşüblər. Qonaqlar, həmçinin, öz institutlarında aparılan elmi-tədqiqat işləri haqda məlumat verərək Radiasiya Problemləri İnstitutunun radiasiya cihazqayırma, radiobiologiya, radioprotektorlar laboratoriyaları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Sonda qonaqlar laboratoriyaların elmi tədqiqat prosesi ilə tanış olublar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.