RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.12.2017]

Radiasiya Problemləri İnstitutunun gənc alimi mükafata layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız Bərk Cismlərin Radiasiya Fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Hüseynov mükafata layiq görülüb.

Alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə keçirilmiş “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, sözügedən mükafat müsabiqəsinin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş, təsir əmsallı (impakt faktorlu) tanınmış bazalarda indeksləşən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin EİF tərəfindən müəyyənləşdirilmiş, beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.

Müsabiqə iki nominasiya üzrə keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə yanaşı, təhsil müəssisələrinin də fəal iştirak etdiyi müsabiqənin nəticələrinə əsasən səkkiz alim “2016-cı ilin alimi”, E.Hüseynov da daxil olmaqla ümumilikdə dörd alim isə “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi seçilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.