RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.12.2017]

Radiasiya Problemləri İnstitutunda növbəti imtahan keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda qış imtahan sessiyasında növbəti doktorluq imtahanı keçirilmişdir. 13-14 dekabr tarixində “Radiasiya materialşünaslığı” və “Nüvə kimyası” ixtisas fənləri üzrə keçirilmiş imtahanda giriş sözü ilə çıxış edən İnstitutun direktoru və imtahan komissiyasının sədri, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov doktorantlara uğurlar arzulamışdır.

Qeyd edək ki, ixtisas fənləri üzrə keçirilmiş sözügedən imtahanda bir doktorant və bir dissertant iştirak etmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.