RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.01.2018]

Radiasiya Problemləri İnstitutunda növbəti imtahan keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda I kurs magistrantların 2017/2018-ci tədris ili qış imtahan sessiyasında “Radiasiya materialşünaslığı” ixtisası üzrə imtahanlara başlanılmışdır.

Qeyd edək ki, magistrantlar sessiya ərzində sözügedən ixtisas üzrə ümumilikdə 5 fəndən imtahan verəcəklər. Sessiyanın ilk imtahanı cari il yanvarın 8-də “Radiasiya materialşünaslığının aktual məsələləri” fənnindən keçirilmişdir. Növbəti imtahanlar isə yanvarın 17-də “Bərk cismlərin radiasiya fizikasına və radiasiya materialşünaslığına giriş”, yanvarın 22-də “Yarımkeçiricilərdə radiasiya defektləri”, yanvarın 26-da “Fizikanın tarixi və metodologiyası”, yanvarın 31-də isə “Fizikanın müasir problemləri” fənlərindən keçiriləcəkdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.