RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.02.2018]

Radiasiya Problemləri İnstitutunda 2 Fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov iclası açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Radiasiya Problemləri İnstitutunun gənc alim və mütəxəssisləri akademiyanın elmi-ictimai həyatında mühüm rol oynayır və gənclərin elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq yüksək impakt faktorlu jurnallarda dərc olunur.

O.Səmədov rəhbərlik etdiyi müəssisədə gəncləri elmə həvəsləndirmək məqsədilə bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiyada yeni elmi nəslin yetişməsi, gənclərin inkişafı istiqamətində görülən işlərdən söz açıb.

Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan F.Salmanov elmi-tədqiqat müəssisələrində gənc alimlərin elmi axtarışlara qoşulduqlarını, AMEA-nın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Tədbirdə, həmçinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri - dosent Orxan Abbasov, Qafil Dəmirov və digərləri çıxış edərək iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

Sonda institutun elmi-ictimai fəaliyyətində seçilən bir qrup gəncə diplom və pul mükafatı təqdim edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.