RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.02.2018]

Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın Biofizika İnstitutu (Bİ) ilə birgə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbirdə əvvəlcə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Xocalı faciəsi haqqında qısa məlumat vermişdir.

Sonra çıxış edən Bİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Qasımov tədbir iştirakçıları ilə faciə haqqında fikirlərini bölüşmüşdür.

Anım tədbirində çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Xocalı faciəsi, tarixi faktar və sənədlər əsasında, erməni saxtakarlığı və onların törətdikləri vəhşiliklərindən danışmış, həmçinin mənfur düşmənin vandalizm həqiqətləri, eləcə də Xocalı faciəsinin dünyada təbliği, tarixi torpaqlarımıza dair nəşr olunan ədəbiyyatlar və “Xocalıya ədalət” kompaniyası haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.