RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.03.2018]

“Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda 1 Mart - “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib.

“Mülki Müdafiə - milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda keçirilən tədbirdə əvvəlcə RPİ-nin nəzdində olan Mülki Müdafiə vasitələrinin sərgisi təşkil olunub, həmçinin İnstitutun foyesində quraşdırılmış monitorda marifləndirici video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Mülki Müdafiənin əhəmiyyətindən danışıb, fövqəladə halların effektiv idarə olunması haqqında fikirlərini bölüşüb.

Daha İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, Ümumi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudov, baş mühəndis Xəyyam Səfixanov və laboratoriya rəhbərləri sözügedən mövzu ətrafında çıxış ediblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.