RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.04.2018]

"Arxegeoloji tapıntıların tarixləndirilməsi qrupu" yeni nəticələr əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) yaradılmış “Arxeoloji tapıntıların tarixləndirilməsi qrupu” yaştəyini ilə bağlı aparılan tədqiqatlarda yeni nəticə əldə etmişdir.

Belə ki, İnstitutun kiçik elmi işçisi Aybəniz Əhədova Cəlilabad rayonunda yerləşən "Polutəpə" qədim yaşayış məskənindən götürülmüş kömür parçasının yaşını Radiokarbon metodu ilə təyin etmiş və nəticə olaraq həmin kömürün eramızdan əvvəl 4600-cü ilə aid olduğunu sübut etmişdir.

Qeyd edək ki, qrup tərəfindən aparılan tədqiqatlarda arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları) aparılır və tapıntıların yaşı təyin olunur.




© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.