RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.04.2018]

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Departamentinin Azərbaycan üzrə meneceri Katya Dufre AMEA-nın Radiasiya Problemləri İnstitutunda olmuşdur

AMEA-nın Radiasiya Problemləri İnstitutu müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsiri, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənməsi ilə məşğul olduğundan müxtəlif ionlaşdırıcı şüa mənbələrinə malikdir. İnstitutun «İzotop Mənşəli Şüa Mənbələri» elmi-təcrübi şöbəsində 1969-cu ildən istifadə edilən Co-60 mənbəyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “Texniki Əməkdaşlıq” Proqramı çərçivəsində yüklənməsi həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında bağlanmış AZB8002 "Azərbaycanda radiasiya texnologiyalarının inkişafı və genişləndirilməsi" adlı Milli Layihə çərçivəsində 18.11.2013-ci il tarixli 201305896-VAO nömrəli Alış Sifarişinə əsasən 7 kCi aktivliyində radioaktiv Co-60 mənbələrinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) «İzotop Mənşəli Şüa Mənbələri» elmi-təcrübi şöbəsində istifadə edilməsi üçün Azərbaycana idxal edilməsi planlaşdırılır.

AEBA-nın Texniki Əməkdaşlıq Departamentinin Azərbaycan üzrə meneceri Katya Dufre ilə bu mənbələrin Azərbaycana idxalı, onların Co60 mənbəyinə yüklənməsi və çıxarılmış köhnə mənbələrin “İzotop” xüsusi kombinatına təhvil verilməsi ilə əlaqədar məsələlər müzakirə edilmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.