RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.05.2018]

İnstitutun həmkarlar təşkilatının yeni sədri seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının iclası keçirilmişdir.

AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Səyyar Abdullayevin də iştirakı ilə keçirilən iclasa sədrliyi İnstitutun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı etmişdir. R.Sərdarlı çıxış edərək gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etmişdir.

İclasda əvvəlcə İnstitutun Həmkarlar Təşkilatının sədri, kimya elmləri namizədi, dosent Hökmən Mahmudovun hesabatı dinlənilmiş və qənaətbəxş hesab olunmuşdur.

Daha sonra RPİ-nin Həmkarlar Təşkilatının aşağıdakı tərkibdə 5 nəfərdən ibarət yeni İdarə Heyətinin tərkibi seçilmiş və səsvermə keçirilmişdir.

1. Mikayılova Əminə Cümşüd qızı
2. Bayramov Məzahir Nəsrəddin oğlu
3. Şamilov Elşən Nurəddin oğlu
4. Məmişova Rəxşanə Məyiş qızı
5. Nəbizadə Zərqələm Oruc qızı

Sonda İnstitutun Həmkarlar Təşkilatının sədrliyinə namizədlər arasında səsvermə keçirilmişdir. Səsvermənin nəticələrinə əsasən Mikayılova Əminə Cümşüd qızı RPİ-nin Həmkarlar Təşkilatının yeni sədri seçilmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.