RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.05.2018]

Institutda “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilib

Mulki mudafie

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda “Rəhbər heyətin mülki müdafiə məşqi” adlı tədbir keçirilmişdir.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilmiş tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov mövzu haqqında fikirlərini bölüşmüşdür.

Sonra çıxış edən RPİ-nin Mülki-müdafiə Qərargahının rəisi Taleh Məmmədov fövqəladə hallar zamanı qarşılıqlı yardım və qarşılıqlı əlaqə haqqında məşq iştirakçılarına ətraflı məlumat vermişdir.

AMEA Rəyasət Heyətinin II Xüsusi şöbəsinin baş mütəxəssisi Oqtay Fərzəliyev və digər əlaqədar şəxslərin də iştirak etdiyi tədbirdə fövqəladə halların yaranmasının qarşısının alınması və fövqəladə hallar zamanı zəruri davranış qaydalarından bəhs edən marifləndirici videoçarxlar nümayiş olunmuşdur.

Məşqin sonunda mövzu ətrafında iştirakçıların sualları cavablandırılmışdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.