RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.07.2018]

RPİ-nin gənc alimləri Çexiya Respublikasına səfər ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi və Radiasiya Problemləri İnstitutunun (RPİ) gənc alimləri 18-21 iyun tarixlərində Çexiya Respublikasında keçirilmiş seminarda məruzə ilə çıxış etmişlər.

Seminarda iştirak edən fizika-üzrə fəlsəfə doktoru Fərid Əhmədov, fizika-üzrə fəlsəfə doktoru Samir Süleymanov və fizika-üzrə fəlsəfə doktoru Qadir Əhmədov Çexiyanın Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktrou İ.Ştekl və S.Pospişil ilə 2018-2023 illər üzrə birgə görüləcək işləri müzakirə etmişlər. Həmçinin, alimlərimiz tərəfindən hazırlanmış diodların bir-sıra parametrləri tədqiq edilmiş və ssintilyatorla qeydetmə performansı yoxlanılmışdır.

Seminar çərçivəsində İyunun 20-də Eksperimental və Tətbiqi Fizika İnstitutunun əməkdaşlarına Azərbaycanlı alimlər tərəfindən hazırlanmış Silisium əsaslı fotoelektron gücləndiricilər və onların tətbiq sahələri haqqında geniş məzmunlu məlumatlar təqdim olunmuşdur.

Təqdim edilən məlumatlar seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və növbəti 5 il ərzində MSFD diodların radiasiyaya davamlılığının tədqiq edilməsi, MSFD diodların quruluşunun analiz edilməsi, MSFD diodlar üçün elektron modulların hazırlanması və beynalxalq təcrübələrdə birgə iştirak haqqında razılığa gəlinmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.