RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.09.2018]

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri, Pakistan Atom Enerji Komitəsinin əməkdaşları AMEA Radiasiya Problemləri İnstitutunda olmuşlar

19 sentyabr 2018-ci il tarixində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri, Pakistan Atom Enerji Komitəsinin “Kənd Təsərrüfatı və biologiya üzrə Nüvə İnstitutu”nun əməkdaşları Dr. Xalid Mahmood və Dr. Sajjad Haidar AMEA Radiasiya Problemləri İnstitutunda olmuşlar. İnstitutun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva institutun elmi-tədqiqat istiqamətləri, institutda fəaliyyət göstərən laboratoriyalar ilə qonaqları tanış etmişdir.

Dr. Xalid Mahmood Pakistan Kənd Təsərrüfatı və biologiya üzrə Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri, institutda yerinə yetirilən layihələr, proqramlar haqda təqdimatla çıxış etmişdir. Görüşdə əsas məqsəd Azərbaycan Respublikasında pambıqçılığın intensiv yollarla inkişaf etdirilməsində elmi-texniki tərəqqinin, radiasiya texnologiyalarının imkanlarından istifadə edilməsi ilə bağlı elmi-tədqiqat işləri ilə tanışlıq, daxili potensialın öyrənilməsi və institutla əməkdaşlıq yollarının araşdırılması olmuşdur. İnstitutda bu sahədə çalışan aparıcı mütəxəssislər prof. Müslüm Qurbanov, professor Rövşən Xəlilov, professor Elimxan Cəfərov, Xaqani Məmmədov, Famil Hümbətov, Sevil Məmmədli, Kəmalə Qarayeva və başqaları müzakirələrdə fəal iştirak etmişlər. Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar elm və innovasiya Mərkəzinin əməkdaşları da iştirak etmişlər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.